Prezident İlham Əliyev Natiq Əmirovun 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Mia.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Natiq Ərziman oğlu Əmirov 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Xatırladaq ki, Natiq Əmirov Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisidir.