Cümhüriyyət Xalq Partiyasının (CXP) növbəti qurultayının günü müəyyənləşib. CXP sədri Bədrəddin Quliyevin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, partiyanın ali tədbiri avqustun 14-də Avropa otelində baş tutacaq. B.Quliyevin sözlərinə görə, mediya vasitəsi ilə bütün siyasi qüvvələri qurultaylarına dəvət edir: ?Qoy bütün qüvvə bir araya gəlsin və Azərbaycanın problemlərini bir yerdə müzakirə edib həll etməyə çalışaq?. Bədrəddin bəy onu da vurğulayıb ki, qurultayda alternativsiz olaraq partiya sədrliyinə yenidən namizəd olacaq.