KXCP AXCP funksionerini birliyə əngəlləməkdə suçladı
"Müsavat və AXCP sədrlərinin seçkidən sonrakı zaman üçün bu iki partiyanın vahid partiyada birləşməsi haqqında səsləndirdikləri fikirlər KXCP olaraq tərəfimizdən lazımi səviyyədə qiymətləndirilmiş və bu prosesə siyasi uğur arzulanıb. Eyni ideoloji-siyasi dünyagörüşə malik bu partiyaların rəhbər şəxsləri müxalifətin birliyi formatı haqqında fərqli fikirlər səsləndirsələr də, bu birliyin baş tutacağı qənaətində idik".
MİA-nın xəbərinə görə, bu fikirlər KXCP-nin müraciətində yer alıb. "Lakin tərəflərdən birinin səlahiyyətli şəxsinin, hətta ideoloji baxımdan fərqli dünyagörüşə malik məzmun kəsb edən açıqlamalarla çıxış etməsi bu birliyin baş tutmaması ehtimalını irəli sürməyə əsas verir. AXCP sədrinin müavini N.Məmmədli mətbuata verdiyi müsahibəsində yuxarıda yazılanları bir daha təsdiqləmiş olur. Belə ki, o, Rəsulzadə-Elçibəy yolunu mücərrəd anlayış kimi dəyərləndirir və siyasi baxımdan düzgün olmayan bu ideoloji birliyin ciddi
fəsadlar törədəcəyini vurğulayır. O, həmçinin "Rəsulzadə -Elçibəy" ? Müsavatcılıq ideologiyasına qarşı liberal düşüncə sistemini alternativ qoymaqla, AXCP-nin əsl ideoloji-siyasi mahiyyətini açır və iki fərqli ideoloji-siyasi düşüncə sisteminə malik bu iki partiyanın birləşə bilməyəcəyinə işarə edir".
KXCP ümid edir ki, Azərbaycan cəmiyyəti N.Məmmədlinin bu acıqlamalarını AXCP-nin Rəsulzadə-Elçibəy yolundan imtinası kimi dəyərləndirəcək, problem Müsavat partiyasının rəhbərliyi və AXCP-dəki həqiqi elçibəyçilər tərəfindən uyğun qiymətini alacaqdır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51