Dünən Saatlı və Neftçala rayonlarında iki nəfər suda boğulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, hər iki hadisə suda çimərkən baş verib. Saatlı rayonunun Dədə Qorqud kəndi ərazisində, kənd sakini Rüstəm Hüseynov kanalda boğulub. Eyni gündə Neftçala rayonunun Astanlı kəndi ərazisində, kənd sakini Qurban Əhmədov Kür çayında batıb.