Ötən ay nəqliyyat sektorunda yükdaşıma tarifləri iyuna nisbətdə 3,0 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 7,3 faiz artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, dəmir yolunda yükdaşıma tarifləri yerli əlaqə üzrə 3,5 faiz, xarici ölkələrarası gətirilmə üzrə 2,1 faiz, digər ölkələrə göndərilmə üzrə 0,4 faiz, tranzit yüklərin daşınması üzrə tariflərin 0,1 faiz aşağı düşməsi nəticəsində dəmir yolu vasitəsilə yükdaşıma tarifləri 1,4 faiz ucuzlaşıb. Hava nəqliyyatında sərnişindaşıma tarifləri ay ərzində 17,2 faiz, yükdaşıma tarifləri isə 0,1 faiz bahalaşıb. Boru kəməri nəqliyyatında yükdaşıma tarifləri 5,8 faiz ucuzlaşıb.