Müsavat partiyasının başqanı Arif Hacılının qardaşı koronavirusa yoluxub.
Mia.az xəbər verir ki, bu barədə onun özü açıqlama yayıb.
Bildirib ki, qardaşı Vaqif Hacıbəyli iki həftəyə yaxındır ki, Covid 19 virusu ilə mübarizə aparır:
"Bu gün Yeni Klinik Xəstəxanaya köçürüldü.
Allahın köməyinə inanıram, həkimlərin peşəkarlığına, özünün mətin iradəsinə güvənirəm.
Narahat olan, maraqlanan, dəstək verən hər kəsə təşəkkür edirəm".