Avqustun 6-da Səbail rayonu ərazisində yaşayan Ramin Mirzəyev polisə zəng edərək onunla birgə yaşayan qardaşı Bəxtiyarın 3 min 400 manat borcu olduğuna görə, 2 nəfər tərəfindən Hövsan qəsəbəsi ərazisində girov saxlanılması barədə məlumat verib. DİN mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bəxtiyarı girov saxlamış İnqilab, İntiqam və Ramin Babayev qardaşları tutulublar.