Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və ?Konstitusiya Məhkəməsi haqqında? Qanunun 7.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsinin Palatası Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin müraciətinə baxaraq, onun icraata qəbul edilməsi haqqında qərardad çıxarıb. Müraciətə mahiyyəti üzrə tərəflərin iştiraki ilə Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il sentyabrın 22-nə təyin edilmiş iclasında baxılacaq.