Dövlət İmtahan Mərkəzi (DİM) yenicə başa çatmış qəbul imtahanları nəticəsində ali məktəb tələbəsi adı qazanmış abituriyentlərə müraciət edərək, onları daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməyə çağırıb.
Mia.az DİM-ə istinadən xəbər verir ki, tələbə adı qazanmış şəxslər 2017-ci il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:
Həmin sənədlərin siyahısı:
– Attestatın əsli;
– Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
– Hərbi bilet vəya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (oğlanlar üçün);
– Yaşayış yerindən arayış;
– Sağlamlıq haqqında arayış;
– 6 ədəd 3×4 ölçüdə fotoşəkil;
– Abituriyentin DİM-in bazasındakı şəxsi kabinetinin itifadəçi adı və şifrəsi;
– Ödənişli ixtisaslar üçün 1-ci ilin tam ödənişi.
Qurumdan bildirilib ki, məyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Mia.az