Kəskin istilər davam edəcək, Bakıda 40-41, bəzi rayonlarda 42 dərəcə isti olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar bürosundan verilən məlumata görə, paytaxtda və yarımadada cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 37-40?, axşam 28-31?, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30? olacaq.
Avqustun 5-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 24-26?, gündüz 37-40?, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30? təşkil edəcək.
Avqustun 6-da da günəşli hava davam edəcək. Şimal, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 24-27?, gündüz 36-39?, bəzi yerlərdə 41? olacaq.
Azərbaycanın rayonlarında sabah şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23?, gündüz 37-40?, bəzi yerlərdə 42?, dağlarda gecə 15-20?, gündüz 29-34? olacaq.
Avqustun 6-7-də günəşli hava günəşli olsada, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24?, gündüz 37-40?, bəzi yerlərdə 42?, dağlarda gecə 16-21?, gündüz 30-35? olacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08