Prezident İlham Əliyev "20 Yanvar Şəhidi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, 1990-cı il 20 Yanvar hadisələri nəticəsində həlak olmuş Ağayev Şövkət Həsənoviçə "20 Yanvar Şəhidi” fəxri adı verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.