Bu gün Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verillib:
Əliyev Rafiq Hacıbaba oğlu
Nəsirov Rafiq Əliş oğlu.
***
Prezidentin digər sərəncamı ilə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilib:
Xalq artisti
Mirqasımova Ayan Oqtay qızı
Əməkdar mədəniyyət işçisi
Allahverdiyeva Afaq Murtuz qızı
Azməmmədov Nadir Mirzə oğlu
Bağırov Tahir Məmməd oğlu
Əsgərov Müzəffər Rza oğlu
Kazımov Tahir Şirin oğlu
Kərimov Arif Cahangir oğlu
Kutiyev Abdulnəsir Hacı oğlu
Mehdiyev Nadir Hüseyn oğlu
Məmmədov Kamil İmaməli oğlu
Süleymanov Badavi Süleyman oğlu
Vəliyev Sabir Əli oğlu.