Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27?, gündüz 35-38?, bəzi yerlərdə 40?, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30?-yə çatacaq. Avqustun 4-də günəşli hava və şimal-şərq, şərq küləyi proqnozlaşdırılır. Havanın temperaturu gecə 23-26?, gündüz 36-39? olacaq. Avqustun 5-də şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 24-27?, gündüz 36-39? olacaq. Azərbaycanın rayonlarında avqustun 3-də günəşli və şərq küləkli hava olacaq. Havanın temperaturu gecə 19-24?, gündüz 36-39?, bəzi yerlərdə 41?, dağlarda gecə 14-19?, gündüz 29-34? təşkil edəcək. Avqustun 4-5-də havanın temperaturu gecə 20-25?, gündüz 35-39?, bəzi yerlərdə 42?, dağlarda gecə 15-20?, gündüz 30-35?-yə çatacaq. Yaxın 3 gün ərzində Abşeron yarımadasında güclü isti diskomfort şəraitin davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas, xüsusən də ürək-damar xəstəlikləri olan insanlar üçün risklidir.