Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun son günü hava günəşli olacaq, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27?, gündüz 36-38?, bəzi yerlərdə 40?, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30? olacaq. Avqustun 1-də günəşli hava proqnozlaşdırılır. Havanın temperaturu gecə 24-27?, gündüz 36-38?, bəzi yerlərdə 41? təşkil edəcək. Avqustun 2-də hava günəşli olsada, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 25-28?, gündüz 37-39?, bəzi yerlərdə 41? çatacaq. Azərbaycanın rayonlarında iyulun 31-də günəşli hava müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25?, gündüz 37-40?, bəzi yerlərdə 42?, dağlarda gecə 16-19?, gündüz 28-33? çatacaq. Avqustun 1-2-də də havanın temperaturu gecə 21-26?, gündüz 38-40?, bəzi yerlərdə 42?, dağlarda gecə 16-20?, gündüz 30-35? təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 27-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr 20-25, gündüzlər 33-38 dərəcə isti olacaq, temperatur ayrı-ayrı günlərdə 40-42, ayın ilk günlərində isə 44 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 6-10 mm) olacaq.