Qəbul imtahanlarının nəticələrinin avqustun 5-də açıqlanması nəzərdə tutulur. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. TQDK sözçüsü onu da bildirib ki, bu gün saat 10.00-dək ali məktəbə daxil olmaq üçün 23 219 nəfər ixtisas seçimi ərazisini təsdiqləyib. Onun sözlərinə görə, abituriyentlərin ixtisas seçimi aparmaq üçün avqustun 2-si saat 24.00-dək vaxtları var. [b]Nüşabə SADİQOVA[/b]