Azərbaycan Prezidenti İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan diasporu quruculuğu sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

"Tərəqqi” medalı ilə

Hümbətov Surəddin Məmmədhüseyn oğlu
Qasımov Kyavus Safa oğlu
Məmmədov İlham Hacı oğlu
Vəliyev Cavanşir İnqlab oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Kərimova Nüşabə Rəhim qızı
Təbrizli Arzu Sirus qızı
Zahidova Ladən Vahab qızı


**** 

Prezident İlham Əliyev Nəriman Qurbanova "Əməkdar dövlət qulluqçusu" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan diasporu quruculuğu sahəsində xidmətlərinə görə Nəriman Əhmədağa oğlu Qurbanova "Əməkdar dövlət qulluqçusu" fəxri adı verilsin.