ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında ilk görüş zamanı pozitiv kimya yaranıb.
 
Bu barədə jurnalistlərə ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.
 
"Prezidentlər arasında danışıqlar çox konstruktiv olub. Hər iki lider qısa zaman ərzində bir-biri ilə dil tapdılar. Aşkardır kı, Tramp və Putin arasında pozitiv görüş alınıb”, deyə R.Tillerson bildirib/APA. 
 
Qeyd edək ki, bu gün Almaniyanın Hamburq şəhərində, G-20 zirvə toplantısı çərçivəsində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş keçirilib.