Bakıda iki polis bölməsinin rəisi vəzifələrindən azad olunub.

Mia.az "Report”a istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Həsən Abdullayev və Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Hüseyn İmanov tutduqları vəzifələrindən azad ediliblər. 

Bununla bağlı müvafiq əmrlər imzalanıb.