Azərbaycan prezidenti İlham Əliyev ötən gün Ermənistan ordusunun Füzulidə dinc sakinləri qətlə yetirməsinə münasibət bildirib. 

Mia.az xəbər verir ki, Azərbaycan prezidenti "Feysbuk" səhifəsində 3 dildə - Azərbaycan, rus və ingilis dillərində qan içində uşaq maketi paylaşıb və dünyaya çağırış edib:

"Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır”.

Xatırladaq ki, ermənilərin təxribatı nəticəsində 2 yaşlı Zəhra ilə yanaşı, onun nənəsi 50 yaşlı Quliyeva Sahibə İdris qızı həlak olublar.