Ermənistan tərəfinin təxribatı nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyeva ilə bağlı sabah çoxsaylı gənclər təşkilatları tərəfində yürüş keçiriləcək.

Mia.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmaya Məmmədova məlumat yayıb.

Yürüş Səbail rayonu Bridge Plazadan başlayacaq. Gənclər saat 11.00-da Rusiya səfirliyinin, 11.20 Amerika səfirliyinin, 12.00-da Fransa səfirliyinin qarşısından keçəcəklər.