Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti yaxın 3 gün üçün hava proqnozunu açıqlayıb. Departamentin məlumatına görə, iyulun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 26-28 dərəcə, gündüz 36-39 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə olacaq. İyulun 28-də hava şəraitinin günəşli keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 26-28 dərəcə, gündüz 35-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti olacaq. İyulun 29-də hava şəraitinin günəşli keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 26-28 dərəcə, gündüz 36-39 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında İyulun 27-də hava şəraitinin günəşli keçəcəyi, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 36-39, bəzi yerlərdə 41 dərəcə, dağlarda gecə 14-18 dərəcə, gündüz 26-31 dərəcə isti təşkil edəcək. 28-29 iyulda hava şəraitinin günəşli keçəcəyi, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 23-28 dərəcə, gündüz 37-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 15-20 dərəcə, gündüz 28-33 dərəcə isti təşkil edəcək. Tibbi meteoroloji proqnoz Yaxın 3 gündə Abşeron yarımadasında güclü isti hava şəraiti əksər əhali üçün əlverişsiz, meteohəssas, xüsusən də ürək-damar xəstəliyi olan insanlar üşün risklidir.