Geranboyun Tapqaraqoyunlu kəndi istiqamətində getmiş atışmada daha bir Azərbaycan əsgəri həlak olub.19 yaşlı əsgər Süleyman İsmayılovun cəsədi bu gün Ramanı qəsəbəsində torpağa tapşırılıb. ANS-in məlumatına görə, atası Nəbi İsmayılov bildirib ki, iyulun 23-də ona hərbi hissədən zəng vuraraq oğlunun yaralanması barədə məlumat veriblər. İyulun 24-də isə oğlu keçinib. 1992-ci il təvəllüdlü əsgər Süleyman İsmayılov bu ilin yanvarında Nərimanov rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağrılıb. Allah rəhmət eləsin!