Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Rusiya müdafiə naziri Sergey Şoyqunu qəbul edəcək.

Bu barədə Türkiyə prezidentinin rəsmi saytında məlumat yerləşdirilib.

Görüş yerli vaxtla saat 15.00-da Türkiyə prezidentinin Tarabya iqamətgahında baş tutacaq. Görüşlə bağlı əlavə məlumat verilmir. 

APA