Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirir. TQDK-dan verilən məlumata görə, qəbul imtahanları Bakı şəhərində 46, Naxçıvan şəhərində 2 binada aparılır. 2010-cu ildə II qrup üzrə 28072 abituriyent ərizə təqdim edib. Bakı şəhərində 26814, Naxçıvan şəhərində 1258 abituriyent imtahan verir. İmtahan bütün binalarda eyni vaxtda ? saat 11:00-da başlanıb və 3 saat çəkəcək.