Bakının Yasamal rayonu ərazisində normativ sənədin tələblərinə cavab verməyən çörək müəssisəsi aşkar edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Komitənin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən fiziki şəxs N.Muxtarova məxsus dairəvi çörək istehsal edən müəssidə qanun pozuntuları aşkar ediblər. Müəssisəyə baxış zamanı sexin şəraitinin qeyri-qənaətbəxş olduğu, çörəyin istehsalı və daşınmasının, xammaların saxlanmasının normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən olunub. Bundan başqa çörək istehsalında istifadə olunan 10 ədəd 30 kq-lıq kisələrdə ümumi çəkisi 300 kq olan mənşəyi məlum olmayan xörək duzu müəyyən edilib. Təsərrüfat subyektində araşdırma davam edir.