IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlanıb
2010-2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə iyulun 17-də keçirilmiş qəbul imtahanının nəticələri iyulun 19-da saat 17:15-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib.
TQDK mətbuat xidmətinin yaydığı xəbərə görə, imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla ?İmtahancell? xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini http://www.tqdk.gov.az/ internet saytından çap edib götürə bilər.
IV ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 15348 abituriyent ərizəsini təsdiq etdirib, onlardan 14710 nəfəri imtahanda iştirak edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08