Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru təyin edilib.
Qeyd edək ki, V.Səfərli bu sərəncama qədər də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru idi.