ATV telekanalında yayımlanan "Maşın" realiti şounu sona yaxınlaşır. Ötən gecə şounun finalçıları bəlli olub. Belə ki, sonuncu dəfə səs verməyə aktyor Fərda Xudaverdiyev çıxıb.

O, səs toplayacağı təqdirdə aktyor İslam Mehrəliyevi yarışmadan uzaqlaşdıracağını bildirib. Lakin verilişin sonunda Fərda Xudaverdiyev lazımi qədər səs toplaya bilməyərək şounu tərk edib.

Nəticədə 4-cü dəfə keçirilən"Maşın" realiti-şousunun finalçıları Oksana Rəsulova, Elcan Rəsulov və İslam Mehrəliyev olub.