Müxalifət Madrid prinsipləri ilə bağlı bəyanat verdi
Demokratiya Uğrunda İttifaqın təşəbbüsü ilə bugün növbəti Qarabağ Forumu keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Forumda Azərbaycanın siyasi partiya rəhbərləri, millət vəkilləri və media nümayəndələrinin iştirakı ilə Qarabağ probleminin həll olunması istiqamətində geniş müzakirələr aparılmış və yekunda bəayanat qəbul edilib.
Bəyanatda deyilir: "Qarabağ Forumunda iştirak edən siyasi qüvvələr Madrid prinsiplərinin Azərbaycanın maraqlarına uyğun gəlmədiyi üçün Azərbaycan hakimiyyətindən bu prinsiplərdən imtina edilməsini tələb edir və bu istiqamətdə olacaq hər hansı razılaşmanı tanımadıqlarını, eləcə də gələcəkdə də tanımayacaqlarını bəyan edir. Forum iştirakçıları Azərbaycan hakimiyyətini işğal altında olan ərazilərimizin azad edilməsi istiqamətində konkret və praktik addımlar atmağa çağırır. Forum iştirakçıları şəhid Mübariz İbrahimova Milli Qəhrəman adının verilməsini və onun meyidinin erməni tərəfindən alınması üçün konkret tədbirlər görülməsini tələb edir".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08