Bu gün Prezident İlham Əliyev Abşeron rayonunun Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam verib.
Mia.az xəbər verir ki, sərəncama əsasən, iyirmi bir min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,5 milyon (iki milyon beş yüz min) manatı "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.