Prezident İlham Əliyevin Prezident Administrasiyası strukturunda dəyişiklik etməsindən sonra Nazirlər Kabinetində köklü dəyişikliklər olacağı xəbərləri təsdiqlənir.
Prezident Administrasiyasından başlamış islahatlar yaxın günlərdə idarəetmənin ən mühüm strukturu olan Nazirlər Kabinetində də elan olunacaq. Gözlənilir ki, baş nazirin 3 müavini istefaya göndəriləcək və onların səlahiyyətləri Vitse-Prezidentlik Aparatına veriləcək. Başqa mənbələr, ümumiyyətlə, bütün baş nazir müavini postlarının ləğv olunacağını və səlahiyyətlərinin prezident köməkçilərinə ötürüləcəyini iddia edir.
Birinci vitse-prezident təyinatından sonra əvəzedilməz 2-ci şəxs statusunu itirən Artur Rasi-zadənin postu barədə müzakirələr aktuallaşıb. Rasi-zadənin istefaya göndəriləcəyi barədə xəbərlər indiyədək təsdiqlənməsə də, bu dəfə baş nazirin mütləq dəyişəcəyi iddia olunur. Bilgili mənbə "Yeni Müsavat”a deyib ki, ümumiyyətlə, baş nazir postu sentyabr referendumundan sonra siyasi çəkisini əhəmiyyətli dərəcədə itirsə də, bu vəzifəyə kimin təyin ediləcəyi barədə müzakirələr səngiməyib. İddia olunur ki, buna əsas səbəb gələn il keçiriləcək prezident seçkiləridir. Çünki prezident seçkilərinədək dövlət başçısı İlham Əliyev hakim komandada ciddi dəyişikliklər edəcək. Prezident Administrasiyasında başlamış kadr dəyişikliyi bunun, sadəcə, anonsudur.




O, son illər ölkədə keçirilən böyük idman tədbirlərinin əsas təşkilatçılarından biri kimi hakimiyyətin etibarını qazana bilib. Onun təşkilatçılıq bacarığı, işləmək tempi yenilənmiş Nazirlər Kabinetinə faydalı ola bilər. Qaynağımız deyib ki, A.Rəhimov "xüsusi nəzarət altında” qalmaq şərti ilə baş nazir olmağa razıdır. "Xüsusi nəzarət” dedikdə ehtimal ki, onun daha geniş səlahiyyətlər əldə edərək oliqarxiyada yerini möhkəmlətməsinə nəzarət edilməsi nəzərdə tutulur. Qaynağımız deyib ki, gənclər və idman naziri hökumətdə heç bir qruplaşmaya daxil deyil, yalnız "prezident kadrı” hesab olunur.

İsmi heç bir korrupsiya qalmaqalına qarışmayan, islahatçı-məmur tipini qoruyub saxlamağı bacaran və bütün fəaliyyətində gənc, müasir dünyagörüşlü kadrlara üstünlük verən M. Cabbarov iqtidar komandasının parlaq, amma diqqəti xüsusi cəlb etməyən, "gözə girməyən” ulduzlarındandır. Onun Təhsil Nazirliyinin kadr bazasını yeniləməsi və strateji hədəflər istiqamətində ciddi işlər görməsi diqqətdən qaçmayıb. Tamamilə mümkündür ki, yeni baş nazir məhz o və ya onun kimi islahatçı-intellektual tipli məmur olsun.