Azərbaycan Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun səhhətində  problem yaranıb.
 
APA-nın məlumatına görə, deputat Mərkəzi Klinik Xəstəxanasında müalicə olunur.
 
Beyindaxili təzyiqdən əziyyət çəkən deputat iki gün əvvəl ağır vəziyyətdə klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.
 
Yaxınlarının verdiyi məlumata görə, vəziyyəti orta stabildir.