Ukrayna xarici izlər naziri Azərbaycana gəlir
İyulun 19-da Ukrayna Respublikasının xarici işlər naziri Konstantin Qrişenkonun Azərbaycan Respublikasına rəsmi səfəri nəzərdə tutulub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, səfər proqramı çərçivəsində Konstantin Qrişenkonun baş nazir Artur Rasi-zadə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü planlaşdırılıb.
Xarici İşlər Nazirliyində keçirilən görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək. Səfər çərçivəsində Konstantin Qrişenko iyulun 19-da saat 16:25-də Azadlıq prospekti ilə Bakıxanov prospektinin kəsişməsində yerləşən Taras Şevçenkonun abidəsini ziyarət edəcək və Ukrayna diasporunun nümayəndələri ilə görüş keçirəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08