"İŞİD” terror qruplaşması İranda parlament binası və Ayətullah Xomeyninin türbəsinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Mia.az xəbər verir ki, İran dövlət televizyası eyni anda edilən hücumu 4 terrorçunun törətdiyini bildirib.

İran mətbuatında yazılan digər xəbərə görə, terror hücumu nəticəsində 7 nəfər öldürülüb, yaralılar var.

"İran parlamentinə edilən hücum zamanı terrorçu 4 nəfəri girov götürüb".

Bunu isə İranın "Press TV" mediası bəyan edib. Bildirilib ki, parlamentdə 4 nəfəri girov alan terrorçu daha sonra özünü partladıb. Özünü partladan terrorçudan savayı, daha 3 terrorçu da məhv edilib.

Mia.az İran parlamenti və Xomeyninin türbəsində baş verən hadisə ilə bağlı ilk çəkilmiş fortoları da təqdim edir: