Gəncə şəhər sakini qısqanclıq zəminində arvadına bıçaqla xəsarət yetirib. DİN mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iyulun 16-da saat 23.25 radələrində Gəncə şəhər sakini Röyal Süleymanov qısqanclıq zəminində arvadı Elnurəyə bıçaqla xəsarət yetirib. Nizami (Gəncə) RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Süleymanov tutulub.