ATƏT-in xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistan xarici ilər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçirilib. Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransa xarici işlər naziri Bernar Kuşer, ABŞ dövlət katibinin müavini Ceyms Steynberq, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspriş iştirak ediBlər. Görüşdə həmsədrlər tərəfindən təqdim olunmuş yenilənmiş Madrid prinsipləri ətrafında müzakirələr aparılıb.