Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko Azərbaycanda rəsmi səfərdədir. Səfər çərçivəsində K.Qrişenkonun Azərbaycan rəsmiləri ilə görüşləri planlaşdırılıb. Görüşlərdə dövlətlərarası münasibətlərin geniş spektrini əhatə edən məsələlər müzakirə olunacaq. Bundan əlavə, K.Qrişenko Taras Şevçenkonun Bakıdakı abidəsini ziyarət edəcək, Ukrayna diasporunun nümayəndələri ilə görüşəcək.