Azərbaycanın energetika naziri Natiq Əliyev xəstəxanaya yerləşdirilib.
Mia.az-ın Lent.az-a istinadən məlumatına görə, nazir dünən səhər saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib. Ürəyində ciddi problemləri olan nazir xəstəxananın Kardo-reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan nazirin hazırda reanimasiya şöbəsində müalicə olunduğunu təsdiləyiblər.
Bildirilib ki, o, kardioloqların və reanimatoloqların nəzarətindədir.