Bakıda və Abşeron yarımadasında havalar yenidən istiləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hodrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah havanın əsasən yağmursuz keçəcəyi, şimal, şimal-şərq küləyi əsəcəyi proqnozlaşdırılır. Havanın temperaturu gecə 22-24?, gündüz 32-35?, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29? isti olacaq. Bazar günü az buludlu, yağmursuz hava gözlənilir. Cənub-şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 23-25?, gündüz 34-37? olacaq. İyulun 19-da hava dəyişkən buludlu olsa da, havanın temperaturu artacaq. Havanın temperaturu gecə 23-26?, gündüz 35-38? təşkil edəcək. Cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Azərbaycanın rayonlarında şənbə günü əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-24?, gündüz 31-36?, dağlarda gecə 13-18?, gündüz 23-28? isti olacaq. İyulun 18-19-da yağmursuz hava müşahidə ediləcək. Lakin 19-da gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, 19-da qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 20-25?, gündüz 33-38?, dağlarda gecə 14-19?, gündüz 25-30? olacaq.