Bu gün Prezident İlham Əliyev sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının prokurorluq və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahmud Yusif oğlu Nəbiyevə "Əməkdar hüquqşünas” fəxri adı verilib.

Qeyd edək ki, Mahmud Nəbiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin sədridir. Sabah onun 60 yaşı tamam olur.