Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Polşanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kşiştof Krayevskini qəbul edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri səfirlik müddətini başa vuran diplomata ikitərəfli hərbi əməkdaşlıq münasibətlərinin inkişafında göstərdiyi xidmətlərə görə öz təşəkkürünü bildirib. Görüşdə regionda mövcud hərbi - siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.