Bu haqda "2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd olunub. Bu mənbədən ünvanlı sosial yardımın maliyyələşdirilməsinə 20 milyon manat, erməni silahlı qüvvələrinin cəbhəyanı rayonlarının intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılmasına 6 milyon manat, bir sıra şəhər və rayonlarda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsinə və əsaslı təmirinə, lift təsərrüfatının maddi və texniki bazasının möhkəmləndirilməsinə 60,2 milyon manat, əhali qrupu istehlakçılarının suölçən cihazlarla təmin edilməsinə 12 milyon manat, Gəncə Dövlət Filarmoniyasının tikintisinə 10 milyon manat, respublikanın bir sıra rayonlarında kənd avtomobil yollarının tikinti və yenidən qurulmaısna 65,1 milyon manat, 1941-1945-ci illər iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsinə 8,4 milyon manat, əhalinin özünəməşğulluluğuna kömək göstərilməsi üçün 6 milyon manat xərclənib.
Büdcə ilinin sonuna istifadə olunmamış 3,5 milyon manat vəsait "büdcə sistemi haqqında” qanuan əsasən dövlət büdcəsinin vahid xəzinə hesabına köçürülüb(modern.az).