Bu ilin iyun ayı ərzində 3,28 milyon ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Dövlət Neft Şirkətindən verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında bu göstərici 18,3 milyon ton təşkil edib. Ümumiyyətlə Bakı?Tiflis?Ceyhan xətti istismara verilən gündən 2010-cu ilin iyul ayının 1-ə qədər Ceyhan limanından 122,9 milyon ton Azərbaycan nefti dünya bazarlarına ixrac edilib.