İslamiadanın bağlanış mərasimi başa çatıb.
Mia.az-ın məlumatına görə, mərasimdə beş müğənni - Səmra Rəhimli, Nigar Camal, Miri Yusif, Səbinə Babayeva və Eldar əsas və yan səhnələrdə ifa ediblər.
Müğənni Tünzalə Ağayeva səhnədə iki mahnı -"Salam Bakı” – "Bakı 2017” könüllülərin himni və "Mən Azərbaycanlıyam” mahnıları ilə "Birlik” konsertini başa çatdırıb. Konsert stadion üzərində atəşfəşanlıqla başa çatıb.