Portuqaliyanın xarici işlər naziri Luis Amado iyulun 15-də Azərbaycana rəsmi səfərə gələcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, səfər proqramı çərçivəsində Luis Amadonun Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşü planlaşdırılıb. Xarici İşlər Nazirliyində keçirilən görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər.