Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün iyulun 10-da Ukraynaya işgüzar səfərə gedib. Dövlətinin başçısını Sevastopolun ?Belbek? hava limanında Ukraynanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. Milli geyimli qızlar Azərbaycan Prezidentinə duz-çörək və gül dəstəsi təqdim ediblər.