Yusif Bağırzadə AMiP-in yeni sədri oldu
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Bakıda keçirilən X Qurultayı keçirilib. AMİP mətbuat və təbliğat katibi Əli Orucovun MİA-ya verdiyi məlumata görə, qurultayda partiyaya yeni sədr seçilib.
197 qurultay nümayəndəsinin qatıldığı səsvermədə 193 səs toplayan namizəd Yusif Bağırzadə AMİP-in yeni sədri seçilib. Onun əleyhinə 2 nəfər səs verib, 2 bülleten isə etibarsız sayılıb.
Qurultayda partiyanın 75 nəfərdən ibarət Mərkəzi Şurası və 9 nəfərdən ibarət Mərkəzi İntizam Komissiyasının yeni tərkibi də müəyyənləşib. Mərkəzi Şuranın sabah keçiriləcək iclasında Siyasi Şura formalaşdırılacaq və baş katib seçiləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08