Bilasuvar rayonunda məskunlaşmış Cəbrayıl rayon sakini arvadına balta ilə xəsarət yetirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iyulun 9-da saat 23.00 radələrində Bilasuvar rayonundakı 5 saylı qəsəbənin ərazisində məskunlaşmış Cəbrayıl rayon sakini Rövşən Bəişov ailə münaqişəsi zəminində arvadı Güllüyə balta ilə xəsarət yetirib. Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Bəişov tutulub.