Bu gün Prezident İlham Əliyev BMT-nin Dünya Turizm Təşkilatının Baş katibi Talib Rifainin "Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam verib.
Mia.az xəbər verir ki, sərəncama əsasən, BMT-nin Dünya Turizm Təşkilatı ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın qurulması və möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə BMT-nin Dünya Turizm Təşkilatının Baş katibi Talib Rifai "Dostluq” ordeni ilə təltif edilib.