Bir müddət öncə Azərbaycan Respublikası prezidentinin İşlər İdarəsinin balansına verilən Bakı Beynəlxalq Avtovağzal Kompleksi yenidən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına verilib.

Mia.az APA-ya istinadən xəbər verir ki, bir müddət öncə kompleks Prezident Administrasiyasının İşlər İdarəsinin balansına verilsə də, qərar yenidən dəyişib:

"Bu gündən etibarən isə kompleks Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərəcək".

Faktı nazirlikdəki mənbə də təsdiqləyib: "Kompleksin əvvəlki rəhbərliyi də yenidən öz iş yerinə qaytarılıb".

Qeyd edək ki, fevralın 13-də ölkə başçısının imzaladığı sərəncama əsasən Nəqliyyat və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. Sərəncama əsasən kompleks yeni yaradılan nazirliyin nəzdində fəaliyyətini davam etdirir.